IQNA

20:59 - December 07, 2020
Xəbər sayı: 3488804
İranın Bakıdakı səfirliyi, Azərbaycan Respublikası ilə İran arasında əlaqələrin inkişafı və dərinləşməsini, həmçinin ən önəmli beynəlxalq və regional inkişafların nəzərdən keçirilməsini Azərbaycan Respublikası xarici işlər nazirinin çərşənbə günü baş tutacaq Tehran səfərinin ən mühüm mehvərləri və məqsədlərindən olduğunu bildirib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Səhərtv-yə istinadla xəbər verir ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi bir bildiriş yayarq, Azərbaycan Respublikası xarici işlər nazirinin İran səfəri barədə deyib: "Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikası rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparmaq üçün çərşənbə günü Tehrana səfər edəcək".

Bildirişdə deyilir ki, iki qoşu və dost ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, xüsusilə də Qarabağ müharibəsindən sonra ən önəmli beynəlxalq və regional məsələlərin nəzərdən keçirilməsi bu səfərin əsas hədəflərindən və mehvərlərindəndir".

Bundan əvvəl İran İslam Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Ceyhun Bayramov arasında bir neçə dəfə telefon danışığı və ya video konfrans formatında görüş baş tutub.

Teqlər: Azərbaycan ، XİN ، XİN başçısı ، İran ، Baku
Ad:
E-poçt:
* Comment:
* captcha: