IQNA

Əfqanıstanda ilk beynəlxalq Quran yarışları keçiriləcək

20:37 - December 23, 2020
Xəbər sayı: 3488909
Tehran (IQNA) -  Əfqanıstanda ilk dəfə onlayn keçiriləcək "Siracul-Kəbir" adlı beynəlxalq Qurani-Kərim yarışlarına çağırış edilib.

Tehran (IQNA) -  Əfqanıstanda ilk dəfə onlayn keçiriləcək "Siracul-Kəbir" adlı beynəlxalq Qurani-Kərim yarışlarına çağırış edilib.

Bu badərə Əfqanıstanın "Şeyx Əbdül-Kəbir Heydəri" adına Quran Birliyi məlumat verib.  

"Şeyx Əbdül-Kəbir Heydəri" adına Quran Birliyinin təşəbbüsü ilə keçiriləcək bu yarışlarda dünyanın 25-dən çox ölkəsi iştirak edəcək.

Quranın peşəkar qiraəti üzrə keçiriləcək bu yarışlarda iştirakçıları yarışlara dəvət edilmiş ölkələrin etibarlı Quran mərkəzləri təyin edəcək və yarışların keçirilməsi komitəsi tərəfindən təsdiq edildikdən sonra həmin iştirakçı yarışlara qatıla biləcək.

Yarışda iştirak etmək istəyənlər öz qiraət videolarını Dekabr ayının 24-dək müsabiqənin keçirilməsi komitəsinə göndərəcəklər. Tilavətlər Dekabr ayının 28-də İran, İraq, Pakistan, Misr, Livan, Ərəbistan və Əfqanıstandan olan beynəlxalq dərəcəli hakimlər heyəti tərəfindən qiymətləndiriləcək.

Əfqanıstanın beynəlxalq Quran yarışlarının yekun mərasimi 2021-ci ilin Yanvar ayının 1-də, həftənin Cümə günü keçiriləcək və nəticələr elan oluncaq.  /3942765

 
captcha