IQNA

22:07 - December 27, 2020
Xəbər sayı: 3488931
Allah Rəsulunun (s) sevimli qızı, paklıq və ismət rəmzi, Həzrət Siddiqətul-Kubra, Fatimətuz-Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" (Fatimiyyə Günləri) başlayır.
Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" yaxınlaşır.
 
O, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2020-ci il dekabr ayının 28-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2021-ci il yanvar ayının 17-i -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.
 
Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk.
Ad:
E-poçt:
* Comment:
* captcha: