IQNA

VI Beynəlxalq ƏRBƏİN Mükafatının qalibləri elan edildi

23:41 - December 28, 2020
Xəbər sayı: 3488942
Tehran (IQNA) - Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymaninin və silahdaşlarının şəhadətinin ildönümü münasibəti ilə təşkil edilən ƏRBƏİN Mükafatının yekun mərasimi keçirildi.

Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymaninin və silahdaşlarının şəhadətinin ildönümü münasibəti ilə təşkil edilən ƏRBƏİN Mükafatının yekun mərasimində 9 ölkədən (İraq, Əfqanıstan, İran, Livan, Guinea Konakri, İngiltərə, Pakistan, Amerika və Kanada) göndərilən əsərlər və sosial şəbəkə fəalları təqdir edildi. 

Bu gün (28 Dekabr 2020) "Müqavimət Generalları; ƏRBƏİN təhlükəsizliyinin qoruyucuları" devizi ilə başladılan "VI Beynəlxalq ƏRBƏİN Mükafatı"nın yekun mərasimi Tehran vaxtı ilə saat 10:00-da  İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının "əz-Zəhra (s) Hüseyniyyəsi"ndə keçirilib.

Ürəklər Sərdarı Şəhid General-Leytenant Hacı Qasim Süleymani, Şəhid Əbu Mehdi Mühəndis və onların silahdaşlarının şəhadətinə həsr edilmiş bu mərasimdə siyasi, mədəni və dini şəxsiyyətlər iştirak ediblər.

Dünyanın 20 ölkəsinin iştirakı ilə beynəlxalq miqyasda keçirilən bu dini-mədəni proqramın 9 ölkədən seçilmiş qaliblərinin ƏRBƏİN mərasiminə həsr edilmiş foto, film və səfərnamə mövzularında əsərləri mükafatlandırılıb.

Yekun mərasimində VI Beynəlxalq Ərbəin Mükafatının xatirə markasının və VII Beynəlxalq ƏRBƏİN Mükafatının posterinin (afişa və plakat) təqdimat mərasimi və seçilmiş əsərlərin sərgisi keçirilib. /3943930

 

 

captcha