IQNA

7:17 - December 30, 2020
Xəbər sayı: 3488953
Tehran (IQNA) - Ürəkləri sərdarı Şəhid General-Leytenant Qasim Süleymaninin şəhadətinin ildönümü astanasında Fələstinin Qəzza şəhərinin xiyabanlarında generalın fotoşəkilləri böyük lövhələrə vurulub.

Ürəkləri sərdarı, İslami Müqavimət Cəbhəsinin və İranın Qüds ordusunun komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin və silahdaşlarının şəhadətinin ildönümü astanasında Fələstinin Qəzza şəhərinin xiyabanlarında generalın fotoşəkilləri böyük lövhələrə vurulub.

Qəzza şəhərinin "ər-Rəşid" prospektində generalın fotoşəkili Əqsa Məscidi ilə birlikdə böyük lövhə üzərinə vurulub.

Həmin fotoşəkilin altında Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun rəisi İsmayil Həniyyənin sözləri yazılıb:

"Süleymani şəhid komandirdir. O öz canını müqavimətə fəda etdi. O, Qüds şəhididir. O, Qüds şəhididir. O, Qüds şəhididir". /3944270

Ad:
E-poçt:
* Comment:
* captcha: