IQNA

10:25 - January 01, 2021
Xəbər sayı: 3488965
Tehran (IQNA) -  İslami Müqavimətin terrorizm üzərində qələbəsinin rəhbəri Şəhid Süleymani və silahdaşlarının şəhid edilmələrinin ilk ildönümü münasibəti ilə bu gün vebinar keçiriləcək.

Tehran (IQNA) -  İslami Müqavimətin terrorizm üzərində qələbəsinin rəhbəri Şəhid General-Leytenant Qasim Süleymani və silahdaşlarının terrorçu Amerika tərəfindən terrorla şəhid edilmələrinin ilk ildönümü mərasimi münasibəti ilə bu günlərdə dünya səviyyəsində müxtəlif proqramlar həyata keçirilir.

Həmin proqramlar çərçivəsində İranın "Beynəlxalq AŞURA Fondu" və Livanın "Vahid Ümmət Araşdırmalar Mərkəzi"nin həmkarlığı ilə "Sudanın müqavimət cəbhəsində rolu və Şəhid Süleymaninin müqavimət cəbhəsinin gücləndirilməsi və möhkəmləndirilməsində təsiri" adlı vebinar keçiriləcək.

Vebinar bu gün, həftənin Cümə günü, 1 Yanvar 2021-ci il, Tehran vaxtı ilə axşam saat 20:30-da keçiriləcək.

Vebinarda Beynəlxalq Aşura Fondunun icraçı müdiri Ayətullah MəhəmmədHəsən Əxtəri, Livanın Vahid Ümmət Araşdırmalar Mərkəzinin rəisi Seyyid Fadi Seyyid və digər tanınmış siyasi, ictimai və dini şəxsiyyətlər iştirak edəcəklər.

Fələstin, İraq, Suriya və Yəməndə müqavimət güclərinin qələbələrindən danışılacaq vebinara qoşulmaq istəyənlər ZOOM proqramına aşağıdakı giriş adı və kodunu istifadə edərək qoşula bilərlər. (Giriş adı: 8506143468 | Giriş kodu: 564894). /3944529

Ad:
E-poçt:
* Comment:
* captcha: