IQNA

10:56 - January 04, 2021
Xəbər sayı: 3488980
əl-Məyadin kanalının şəhid Süleymani və şəhid Mühəndisin son saatlarına dair “Son saat” sənədli filmində ABŞ-ın Bağdad hava limanında apardığı terror əməliyyatının yeni təfərrüatlarını açıqlayıb.

Livanın Əl-Məyadin xəbər şəbəkəsi şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin həyatının son saatlarına dair “Son saat” sənədli filmində ABŞ-ın Bağdad hava limanında apardığı terror əməliyyatının yeni təfərrüatlarını açıqlayıb.

2020-ci il yanvarın 3-ü səhər Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymani və İraqın Əl-Həşduş Şəbi təşkilatının komandirinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin bir sıra yoldaşlarının olduğu maşınlar xüsusi raketlərlə vuruldu. Bəs o gün nə baş verdi?

Müqavimət komandirlərinin şəhid olmasının birinci ildönümü münasibətilə iki həftədir bir neçə sənədli filmi efirə verən Əl-Məyadin xəbər şəbəkəsi “Son saat” sənədli filminə (son bir saat) reportaj hazırlayıb. Şəhid Süleymani və şəhid Əl-Mühəndisin sui-qəsdindən sonra hamı uzun müddət şok və kədər içində qaldı və həmin gecə nələrin baş verdiyini soruşdu. ABŞ-ın prezidenti Donald Trampın birbaşa İraq hökumətini hədəfə alan belə bir əməliyyat keçirmək cəhdinə dair hansı sənədlər var? Bu əməliyyatı icra edənlər şəhid general Süleymaninin tamamilə gizli saxlanılan səfəri barədə necə məlumat əldə etdilər? Bu kimi suallar terror əməliyyatındakı gizli əlaqələrə görə idi.

Əl-Məyadin yazır ki, İraqın o vaxtkı baş naziri Adil Əbdülmehdi terror hücumu vaxtı ABŞ-ın şəhid Süleymani və şəhid Əl-Mühəndisi keçən ilin əvvəlində öldürmək niyyəti barədə heç bir məlumatı olmadığını vurğulamışdı. Filmdə, terror hücumundan üç gün əvvəl Trampla söhbətinin təfərrüatlarından bəhs edir.

Şəhid Hacı Qasım niyə Bağdada getdi?

“Tramp mənə Yeni il ərəfəsində [2020] saat 9 radələrində zəng etdi. Söhbət əsnasında dedi ki, amerikalılar iranlıları yaxşı tanımırlar, amma iraqlılar onları yaxşı tanıyır.

Ona dedim ki, iranlılar müharibə axtarmadıqlarını söyləyirlər, necə ki Amerika istəmir. Daha sonra Trampa ya iranlılarla birbaşa danışıqlar aparmasını, ya da 2003-cü ildə əldə edilən kimi səssiz razılaşmalar əldə etməsini təklif etdim. Tramp dedi ki, siz yaxşı danışıqçısınız. Bu barədə nə edə bilərsən? Buna hazırıq.

Bu söhbət o vaxt bitdi və şəhid Süleymani ilə məsləhətləşmək üçün İraqa gəlməsi üçün rəsmi razılaşma və dəvət var idi. Sui-qəsd əməliyyatı bir-iki gündə verilmiş qərar deyildi, çoxdan verilmiş olmalı idi.

O zaman İraq hökuməti (İraq səmasında) bütün uçuş əməliyyatları lisenziyalarının dayandırılmasına əmr verdi. Xüsusilə İsrail rejiminin bu xəttə girdiyini anladıqda bu hamı üçün məhdudlaşdırıldı.

Digər tərəfdən, Bağdad Beynəlxalq Hava Limanının direktoru Əli Məhəmməd Taqi sənədli filmdə belə danışır: “İraqdakı hərbi bazaları müəyyənləşdirmək üçün ABŞ kəşfiyyat təyyarələri üçün açıq hava sahəsi ayrıldı.

Bu hava məkanına yalnız iki kəşfiyyat təyyarəsinə ev sahibliyi etməyə imkan verildi. Terror əməliyyatından bir gün əvvəl üçüncü təyyarə qısa müddətlik hava məkanına girdi, bu məkanda yalnız iki təyyarə uçmalı idi. Adətən təyyarələrdən biri qayıtmalı idi, ancaq qaldı və bu nəzarətsiz pozuntu səbəbindən İraq Hava Gözətçi Qülləsinin çağırışına cavab vermədilər.

Bəs hərəkətlərin bu gizliliyi işığında amerikalılar Hacı Qasım Süleymaninin gəlişinin vaxtı və anı və Əl-Mühəndislə görüş cədvəlini necə öyrəndilər? Əl-Həşduş Şəbinin iki mərasim maşınında olmasını kim təsdiqlədi?

Bu səhv üçün yer olmayan dəqiq bir əməliyyat idi və təyyarələr bunu yalnız məqsədlərini təsdiq etdikdən sonra həyata keçirdi. Sənədli filmin strateji məsələlər üzrə analitiki Əhməd Əl-Şərif belə deyir: “Nəzarət üçün elektron kəşfiyyat məsələsi, təkcə İraq sərhədləri ilə məhdud olmayan, Suriyada və bütün bölgələrdə mövcud olan bir qabiliyyətdir. Bu səbəbdən Suriyada bu xüsusiyyətin zaman müşahidəsinə əsasən, istifadə edildiyini qiymətləndirirəm.

Əl-Həşduş Şəbi təşkilatı komandirinin müavini və Əl-Mühəndisin yaxını olan bir həkim olan Əli Əl-Xafaf belə deyib: “Son günlərdə Əl-Mühəndis hər an hədəfə alınacağını düşündüyü üçün tək hərəkət etməkdə israrlı idi”. / deyerler

Ad:
E-poçt:
* Comment:
* captcha: