IQNA

9:25 - January 12, 2021
Xəbər sayı: 3489028
Misrin İFN-nin hədəfi müxtəlif millətləri İslam dini ilə orjinal qaynaqdan tanış etmək, Quran məfhumlarını insanlara doğru çatdırmaq və insanları radikal və təkfirçi düşüncələrdən uzaqlaşdırmaqdır.

Tehran (IQNA) -  Misrin İslami Fond Nazirliyi İndoneziya dilinə tərcümə edilmiş 200 nüsxə Qurani-Kərimi bu ölkəyə hədiyyə edib.

Hədiyyə edilən Quran nüsxələri İndoneziyanın Qahirədəki səfirliyinə çatdırılıb.

Bu Quran nüsxələri İndoneziyanın dini müəssisələri, mədərsə və universitetlərinə göndəriləcək.

Bundan əlavə Misrin əl-Əzhər İslam Akademiyasında təhsil alan 75 nəfər indoneziyalı tələbəyə də həmin Quran nüsxələrindən hədiyyə edilib.  

Qeyd edək ki, Misrin İslami Fondlar Nazirliyi keçən illər ərzində Misrin İslami İşlər Ali Şurasının həmkarlığı ilə Qurani-Kərimi ingilis, rus, alman, çin, fransız, səvahili, koreya, indoneziya və alban dillərinə tərcümə etmişdir.

Misrin İslami Fondlar Nazirliyinin hədəfi müxtəlif dillərdə danışan millətləri İslam dini ilə orjinal qaynaqdan tanış etmək, Quran məfhumlarını insanlara doğru çatdırmaq və insanları radikal və təkfirçi düşüncələrdən uzaqlaşdırmaqdır. /3947084

Ad:
E-poçt:
* Comment:
* captcha: