IQNA

7:20 - January 19, 2021
Xəbər sayı: 3489088
Çox sayda insan küçələrə çıxaraq, sionist rejimlə münasibətlərin adiləşdirilməsinə dair müqavilənin imzalanmasına etiraz edib və İsrail rejiminin bayrağını yandırıb.
Sudanın paytaxtı Xartumda  İsrail rejimi əleyhinə etiraz aksiyası keçirilib. Çox sayda insan küçələrə çıxaraq, sionist rejimlə münasibətlərin adiləşdirilməsinə  dair müqavilənin imzalanmasına etiraz edib və İsrail rejiminin bayrağını yandırıb.
 
Bir sıra dövlət orqanı qarşısında keçirilən aksiyada, etirazçılar işğalçı İsrail rejimi əleyhinə şüarlar səsləndirib. Əllərində “münasibətlərin adiləşdirilməsi  xəyanətdir” və “münasibətlərin adiləşdirilməsi  cinayətdir” yazılmış plakatlar qaldırıblar.
 
Sudan yanvarın 6-sı ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və Bəhreyn rejimindən sonra, İsrail rejimi ilə münasibətləri adiləşdirən üçüncü ərəb ölkəsidir.
 
 
 

 

 

Teqlər: Sudan ، İsrail ، aksiya
Ad:
E-poçt:
* Comment:
* captcha: