IQNA

10:26 - January 23, 2021
Xəbər sayı: 3489110
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "oxu"ya istinadla verdiyi xəbərə görə, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Bildirilib ki, “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində Heydər Əliyev Sarayında gənc bəstəkarların Nizaminin sözlərinə yazdıqları müasir romansların, “Sirlər Xəzinəsi” poemasından səhnələşdirilmiş musiqili tamaşaların, əsərlərindən kiçik kreativ balet nümunələrinin və müsabiqələrin yüksək səviyyədə hazırlanıb keçirilməsi nəzərdə tutulub.

Ad:
E-poçt:
* Comment:
* captcha: