IQNA

20:48 - January 31, 2021
Xəbər sayı: 3489171
İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in məqbərəsində və şəhidlər gülüstanında olublar

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri həmçinin yüksək dərəcəli şəhidlər Beheşti, Rəcayi, Bahonər, eləcə 1360-ci günəş ili yeddi tir hadisəsi şəhidlərinin məzarları üstünə gedərək, Allah-Taaladan onlar üçün yüksək dərəcələr diləyiblər.

Həzrət Ayətullahuluzma Xamenei sonra şəhidlər gülüstanında olaraq, başıuca İslam və İran müdafiəçilərinin pak ruhlarına salavat çeviriblər.

Bu gün, bazar, bəhmən ayının 12-si, yanvarın otuz biri, İran İslam İnqilabının mübarək Fəcr ongünlüyünün başlandığı gündür.

Qırx iki il bundan qabaq belə bir gündə, yəni günəş təqvimi ilə 1357-ci il bəhmən ayının 12-si, 1979-cu il fevralın birində İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə.) on beş il vətəndən uzaqda və sürgündə olandan sonra xalqın şövqlü və əzəmətli qarşılama mərasimi ilə İslami İran torpağına qədəm qoydu.

Ad:
E-poçt:
* Comment:
* captcha: