IQNA

22:03 - February 01, 2021
Xəbər sayı: 3489180
Əxlaqi fəzilətləri qüvvətləndirmək və əxlaqi rəzilətlərlə mübarizə aparmaq üçün insanın vücudunda əvəzsiz təsirlərə malik olan bir sıra şərtlər vardır. Həmin şərtlərdən biri də ətraf mühitin pak olmasıdır.

Əxlaqi fəzilətləri qüvvətləndirmək və əxlaqi rəzilətlərlə mübarizə aparmaq üçün insanın vücudunda əvəzsiz təsirlərə malik olan bir sıra şərtlər vardır. Həmin şərtlərdən biri də ətraf mühitin pak olmasıdır.

Qurani-Kərimin “Əraf” surəsinin 58-ci ayəsində buyurulur:

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ وَالَّذِي خَبُثَ لاَ يَخْرُجُ إِلاَّ نَكِدًا كَذَلِكَ نُصَرِّفُ الآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ

“Pak bir məmləkətin (torpağın) bitkisi Rəbbinin iznilə çıxar. Pis bir məmləkətin (torpağın) bitkisi isə yalnız az və səmərəsiz çıxar. Biz ayələrimizi şükür edən bir tayfa üçün müxtəlif (şəkillərdə) bəyan edirik.”

Bu ayədə mühitin insanın əməl və işlərinə olan təsiri incə formada bəyan edilmişdir. Belə ki, böyük təfsir alimləri bu ayənin təfsirində müxtəlif izahlarla çıxış etmişlər: bəzilərinin fikrinə əsasən, burada ona işarə olunur ki, yağış damcıları kimi vəhyin pak damcıları qəlblərin üzərinə yağır, pak qəlblər onu qəbul edir, gözəl mərifət gülləri, ləzzətli təqva və itaət meyvələri orada cücərir. Amma napak və bulaşıq qəlblər belə uyğun nəticələr vermir. Peyğəmbərin (s) dəvəti və İslam təlimləri qarşısında fərqli mövqelərin olduğunu və hamının eyni reaksiya göstərmədiyini görürüksə, bunun səbəbi odur ki, naqislik dəvətçinin fəaliyyətində deyil, dinləyicinin qabiliyyətindədir. Bu misalı çəkməkdə hədəfimiz odur ki, yaxşıları və təmizləri həmişə münasib məkanlarda axtarmaq lazımdır, çünki münasib olmayan məkanlardakı səylər hədərdən başqa bir şeyd deyildir. (Bu təfsir “Məcməul-bəyan” və “Təfsirul-Hədid”də uyğun ayənin izahında qeyd olunub.)

Bu ayənin təfsiri haqqında bizim bəhsimizə aid olan digər bir ehtimal isə odur ki, ayədə qeyd olunan misalda insanlar şoran və münbit mühitdə yaşayan bitkilərə oxşadılmışdır. Çirkaba bulaşan bir mühitdə güclü və təsir qoyan təlim-tərbiyə olsa belə, pak insanların yetişməsi çətin bir prosesdir; eynilə yağışın həyat bəxş edən damcılarının yararsız şoranlıqda əsla cücərtmə qabiliyyətinə malik olmadığı kimi. Məhz bu səbəbdən, nəfsi saflaşdırmaq və gözəl əxlaqı hakim etmək üçün təmiz cəmiyyətin əhəmiyyəti çox böyükdür.

Əlbəttə, qeyd edilən təfsirlər bir-biri ilə əsla ziddiyyət təşkil etmir. Ola bilsin ki, qeyd edilən bənzətmə bütün bu təfsirləri əhatə etsin. Çirkaba bulaşan bir mühit gözəl əxlaqın düşmənidir. Amma pak mühit nəfsi saflaşdırmaq üçün ən yaxşı və ən münasib fürsətidir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan məşhur bir hədisdə o Həzrətin bir gün öz səhabələrinə müraciət edərək belə buyurduğunu oxuyuruq:

أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَ خَضْرَاءَ الدِّمَنِ قِيلَ: يَا رَسُولَ اللَّهِ، وَ مَا خَضْرَاءُ الدِّمَنِ؟ قَالَ: الْمَرْأَةُ الْحَسْنَاءُ فِي مَنْبِتِ السَّوْءِ

“Ey insanlar, zibillikdə bitən (gözəl) güllərdən çəkinin!” Soruşdular: “Ey Allahın Rəsulu (s)! Zibillikdə bitən (gözəl) güllər kimlərdirə işarədir?” Peyğəmbər (s) buyurdu: “Pis (mühit və) ailədə boya-başa çatan gözəl qadın.” (“Vəsailuş-şiə”, c.14, səh.19, hədis 7.)

Bu bənzətmə tam açıqlığı ilə pis və yaxşı mühitin insan şəxsiyyətində roluna və ya zəmin yarada bilən irsiyyət məsələlərinə işarədir. (“Ayate-əxlaqi (Əxlaq ayələri)”, Ayətullah Məkarim Şirazi, səh.31-33.)

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment:
* captcha: