IQNA

23:34 - February 03, 2021
Xəbər sayı: 3489202
“İslam baxımından insanın ideoloji və psixoloji tərbiyəsinin ən güclü əsası ailə ocağında formalaşır və qadının müxtəlif sahələrdə həqiqi tərəqqisinə elə bu ocaqda zəmin hazırlanır.”

Ali Rəhbər ötən gün səhər (3 Fevral 2021) Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü münasibətilə Əhli-beyt (ə) məddahları ilə görüşdə o Həzrəti qadın, ana və həyat yoldaşı ilə bağlı islami anlayışların ən ali təcəssümü adlandıraraq vurğuladı: “İslam baxımından insanın ideoloji və psixoloji tərbiyəsinin ən güclü əsası ailə ocağında formalaşır və qadının müxtəlif sahələrdə həqiqi tərəqqisinə elə bu ocaqda zəmin hazırlanır.”
Ali Rəhbər Ayətullah Xamenei Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludunu təbrik, qadın və ana məqamını hörmətlə yad etmək, həmçinin İmam Xomeyninin (ə.r) doğum günü və “mübarək Fəcr ongünlüyü”nü xatırlamaqla Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyətinin müxtəlif yönlərinə, onun əziz İslam Peyğəmbərinin (s) sevimli qızı, İmam Əlinin (ə) həyat yoldaşı, dörd parlaq uluduzun anası və İslam Peyğəmbərinin (s) nəslinin özəyi olaraq mühüm roluna toxundu və əlavə etdi: “O Həzrət öz həyatı boyunca eniş-yoxuşlarla, misilsiz imtahanlar və cürbəcür möhnətlərlə üzləşsə də, həyat yoldaşı olmaq, analıq, evin idarəsi, övladların tərbiyəsi, Allah yolunda mübarizə, yaxşılığa dəvət və pislikdən çəkindirmə, ixlas, Allaha ibadət və bəndəçilik kimi bütün sahələrdə zirvədə olmuş, bir qadının ən ali ismət məqamına çata bildiyini göstərmişdir.”
 
Həzrət Fatimeyi-Zəhra (s.ə), İmam Əli (ə) və onların sevimli övladlarından ibarət bir islami ailənin ali nümunəsindən söz açan Ali Rəhbər belə əlavə etdi: “O böyük şəxsiyyətlərin yoldaşlığı, sevgisi, ixlas və mübarizəsindən örnək götürməklə İslam camiəsini zirvəyə qaldırmaq mümkün bir işdir.”
Ayətullah Xamenei qadın mövzusunda İslamla Qərbin əsaslı baxış fərqinə işarə edərək vurğuladı: “İslam dini və İslam Respublikasının qadına baxışı qayğı və ehtirama əsaslanır, halbuki Qərbin baxışında qadın alət və əmtəədir.”
 
“İslamda ilahi və insani dəyərlər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur. Əlbəttə, müştərək sahələrdə qadın və kişinin hər hansı birinin özünəməxsus vəzifələri vardır. Elə buna görə də, Allah-Taala onları cismani və zahiri görünüş baxımdan bu xas vəzifələrə mütənasib olaraq yaratmışdır.”
 
“Biz İslamın baxışı ilə fəxr edirik. Qərbin qadın və onun həyat tərzinə olan baxışına da əks çıxaraq etiraz edirik.”
 
Ayətullah Xamenei Qərbin İslam və islami hicabın qadının tərəqqisinə mane olması ilə bağlı təbliğatına toxunaraq dedi: “Bu, aşkar yalandır və İslam Respublikasındakı qadınların vəziyyəti onun həqiqətə əks olmasına dair aşkar sübutdur.”
 
Ən güclü ideoloji və psixoloji tərbiyə əsasları və həqiqi səmimiyyət mühitinin ailə ocağında formalaşmasını təkidlə vurğulayan Ali Rəhbər belə əlavə etdi: “Qərbin təbliğat təşkilatları və təəssüflə bəzi daxili qərbyönlülər ailədə analıq mehvərinin rolunu gözdən salmaq və aradan qaldırmağa çalışırlar.”
 
Ayətullah Xamenei evdar qadınların məqamı, onların ailə ocağında xüsusi rolu, vaxtında ailə həyatı qurmaq və övlad sahibi olmaq mövzusuna da toxunaraq əlavə etdi: “Bu iki mövzu ölkənin bugünkü və sabahkı həyati ehtiyaclarındandır və məddahlar böyük bir media olaraq bu mövzunun təbliğatında mühüm rol ifa etməlidirlər.”
 
Ali Rəhbər məddahlara tövsiyə edərək, onların bu mühüm vəzifəyə ciddi yanaşmalarını, məddahlar və məddah şairlərin möhkəm, mətin və əsaslı mətləblərdən istifadə etmələrini təkidlə vurğuldı, bəzi media mühitlərində və kiber məkanda islami ədəbin zədələnməsini də tənqid etdi. “Heyət, heyət olaraq qalmalı və məddahlıq forması da buna əsasən qorunub-saxlanılmalıdır. Xarici vasitələrdən istifadə etməklə heyətlər məddahlıq formasından digər mühitlərə çevrilməsinə imkan verməyin.”
 
Ayətullah Xamenei son tövsiyəsində danışıq zamanı islami ədəbin gözlənilməsi məsələsinə də işarə etmişdir: “Cəmiyyətdə pis və nalayiq danışıq yığışdırlmalı, islami ədəbə riayət olunmalıdır.” /leader
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: