IQNA

9:32 - February 14, 2021
Xəbər sayı: 3489267
Nobel mükafatına layiq görülən Yəmənli fəal Təvəkkül Kərman ölkəsinə hücum edənlər ilə bağlı açıqlama verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a verdiyi xəbərə görə, Nobel mükafatına layiq görülən Yəmənli fəal Təvəkkül Kərman ölkəsinə hücum edənlər ilə bağlı açıqlama verib.

Təvəkkül Kərman açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki hərəkətləri 11 fevralda inqilab edərək hakimiyyətə gələn "Ənsarullah" hərəkatı və digər siyasi partiyaları hədəfə alır.

"Ölkəmizdəki inqilab Yəmən bayrağı sərbəst dalğalanana qədər davam edəcək. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ölkəmizin müstəqilliyini aradan aparmağa çalışır", - deyə Təvəkkül Kərman diqqətə çatdırıb.

O qeyd edib ki, Yəmən xalqı daim azadlıq uğrunda mübarizə aparacaq. 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: