IQNA

22:57 - February 14, 2021
Xəbər sayı: 3489272
Tehran (IQNA) -  Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün, yəni "məbəs" bayramı və "besət" günü (27 Rəcəb) "Dünya Quran Günü" kampaniyası başladılacaq.

Tehran (IQNA) -  Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün, yəni "məbəs" bayramı və "besət" günü (27 Rəcəb) "Dünya Quran Günü" kampaniyası başladılacaq.

Bu barədə Kərbəlada İmam Hüseyn (ə) hərəminin Darul-Quranil-Kərim İdarəsi məlumat verib.

İmam Hüseyn (ə) hərəminin Darul-Quranil-Kərim İdarəsinin verdiyi məlumata görə, 1442-ci hicri-qəməri ilinin Rəcəb ayının 27-də keçiriləcək "Dünya Quran Günü" kampaniyası üçün xüsusi komitələr yaradılmışdır.

Darul-Quranil-Kərim İdarəsinin rəisi Şeyx Həsən əl-Mənsuri deyib: Bu kampaniya elə bir vaxtda keçirilir ki, müsəlman millətləri çox çətin bir böhranla üz-üzədirlər və buna görə də Quranla daha sıx əlaqədə olmalarına ehtiyac var.  

O əlavə edib: "Dünya Quran Günü" kampaniyasının keçirilməsi üçün İraqın daxilində və xaricdə olan Quran müəssisələri və müqəddəs dini məkanların idarə heyətləri ilə lazım olan danışıqlar aparılıb.   /3954000

آماده// اعلام روز جهانی قرآن کریم همزمان با مبعث پیامبر اسلام (ص)

Ad:
E-poçt:
* Comment:
* captcha: