IQNA

Fransalı siyasətçi İslama qarşı yenə də həyasızlıq edib

11:48 - February 15, 2021
Xəbər sayı: 3489277
Tehran (IQNA) -  Fransanın sağçı və radikal Milli Birlik Partiyasının irqçi rəhbəri Marine Le Pen yeni çıxışlarında yenə də müsəlmanları təhqir edib və həyasızcasına İslamın məhv edilməsini istəyib.

Tehran (IQNA) -  Fransanın sağçı və radikal Milli Birlik Partiyasının irqçi rəhbəri Marine Le Pen yeni çıxışlarında yenə də müsəlmanları təhqir edib və həyasızcasına İslamın məhv edilməsini istəyib.

Televiziyadan canlı yayımlanan proqramda danışan Le Pen müsəlmanlara qarşı nifrətini gizlədə bilməmiş, İslam dininin yayılmasının qarşısını almağın zəruri olduğunu demişdir.

O deyib: Dövlətin bütün gücü İslama hücum edərək onu məhv etməyə səfərbər olmalıdır.

Le Pen həyasızcasına deyib: Mən istəyirəm ki, İslam dinini hər bir cəhətdən qadağan edim. Dövlət də bunun üçün çalışmalıdır. Dövlət İslamı hədəfə almalı və müsəlmanları məhv etmək üçün bütün gücü ilə çalışmalıdır.  

Marine Le Pen daha çox müsəlman qadınların hicabının qadağan edilməsi və məscidlərin bağlanılmasını istəyərək deyib: Başörtüsü "İslamçı" bir geyimdir.

Qeyd edək ki, Marine Le Pen, bu irqçi və müsəlman düşməni olan qadın Fransanın "Milli Birlik" partiyasının rəhbəri və Fransa prezident seçkilərində Makronun rəqibidir. O, islamofobist olmağı ilə məşhurdur. O, seçkilərdə qalib gələrsə, müsəlmanların bu ölkəyə müharicətinin qarşısını alacağını və hicabı qeyri-qanuni geyim elan edəcəyini deyib. /3954056/

captcha