IQNA

17:20 - March 03, 2021
Xəbər sayı: 3489389
Tehran (IQNA) -  Livanın tanınmış əhli-sünnə alimi , şəriət qazisi və Livan Müsəlman Alimlər Birliyinin Qəyyumlar Şurasının sədri Şeyx Əhməd Zeyin ötən gün, 2 Mart 2021-ci il, dünyasını dəyişib.

Tehran (IQNA) -  Livanın tanınmış əhli-sünnə alimi , Seyda şəhərinin sabiq şəriət qazisi və Livan Müsəlman Alimlər Birliyinin Qəyyumlar Şurasının sədri Şeyx Əhməd Zeyin ötən gün, 2 Mart 2021-ci il, dünyasını dəyişib.

Şeyx Əhməd Zeyin regionda anti-sionist mövqeyi ilə tanınırdı. O, regionu bürümüş xərçəng şişindən (sionist rejimi) qurtarmağın yeganə yolunu müqavimət hesab edirdi. Və inanırdı ki, Qüdsün azadlıq ordusunun bayraqdarı İran İslam İnqilabıdır.  

O deyirdi ki, İran İslam İnqilabı coğrafiya sərhədlərinin fövqünə bir inqilabdır. Bu inqilab müsəlmanlarda özünə inam və zülm əleyhinə vuruşmağı hissini oyatmışdı. Bu inqilab region xalqlarının Qüdsü azad etmək üçün güc mühərrikidir.

Livan Müsəlman Alimlər Birliyinin Qəyyumlar Şurası başsağlığı mesajında elan edib: Mücahid əllamə, Qazi Şeyx Əhməd Zeyni həqiqi mömin, məsuliyyətli insan, millətlərarası və məzhəblərarası yaxınlaşmanın öncülü, İslamın nüfuzlu alimi və müqavimət hərəkatının bayrağanı dalğalandıran biri idi. Bu pərhizkar alim Seyid İmam Musa Sədrin səmimi dostlarından idi ki, Allah görüşünə tələsdi. iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: