IQNA

9:39 - March 07, 2021
Xəbər sayı: 3489411
Tehran (IQNA) - İran İslam Respublikasının 37. Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi ötən gün (6 Mart 2021), günün ikinci yarısında öz işinə başlayıb.

Tehran (IQNA) - İran İslam Respublikasının 37. Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi ötən gün (6 Mart 2021) öz işinə başlayıb.

Yarışların final mərhələsinin açılış mərasimi ötən gün, (Şənbə, 6 mart 2021), günün ikinci yarısında virtual keçirilib.

İranın İslami İşlər və Fondlar Nazirliyinin təşəbbüsü ilə keçirilən beynəlxalq Quran yarışlarının hakimlər heyəti nazirliyinin Təfəkkür toplantı salonunda yerləşiblər və yarışlara buradan nəzarət edirlər.

Bu Quran yarışları Quran radisu və Quran və Maarif kanalından canlı yayımlanır.

Açılış mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Mərasimin davamında İranın İslami İşlər və Fondlar Nazirliyinin və Quran Müsabiqələri Ali Koordinasiya Komitəsinin rəisi Höccətül-İslam vəl-müslimin Seyid Mehdi Xamuşi və Mədəniyyət İnqilabının Ali Şurasının sədri Seyid Səidrza Amuli çıxış ediblər.

Mərasimdə Tehranın "Nurul-Huda" dini nəğmələr və mədhiyyələr qrupu iki dini klip icra ediblər.

Bundan əlavə mərasimdə Şəhid General Qasim Süleymaninin və digər müqavimət şəhidləri barədə xaritə videosu yayımlanıb.

Daha sonra isə İmam Rza (ə) adına Quran Hifzi Müəssisəsinin şagirdləri proqram icra ediblər.

Mərasimdən sonra hakimlər heyəti öz yerlərinə keçiblər və Quran yarışları yerli vaxtla saat 19:00-da öz işinə başlayıb. Ötən gecə yarışlar axşam saat 23:00-dək davam edib.

Bu yarışlar gələn həftənin Çərşənbə Axşamı gününədək hər gün yerli vaxtla saat 19:00-dan axşam saat 23:00-dək davam edəcək.

Yarışların yekun mərasimi Rəcəb ayının 27-də, əziz İslam Peyğəmbərinin (s) "besət" günü, Məbəs bayramında keçiriləcək.  /3957934

Ad:
E-poçt:
* Comment:
* captcha: