IQNA

23:28 - March 11, 2021
Xəbər sayı: 3489438
İslam İnqilabının Böyük Rəhbəri səadətli Məbəs bayramı münasibəti ilə etdiyi çıxışında düşmənin yumşaq müharibədən iki əsas məqsədinin "Təvasi zəncirini qırmaq" və "həqiqətləri tam tərsinə təqdim etmək" olduğunu vurğulayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Səhərtv-yə istinadla xəbər verir, Ali Məqamlı Rəhbərin İnformasiya portalının məlumatına gğrə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahulüzma Xamenei Məbəs bayramı münasibətilə etdiyi teleçıxışında "Təvasi" yəni tövsiyə etmək cərəyanının kəsilməsinin çox təhlükəli olduğunu və yumşaq müharibə zabitləri olaraq, gənclərin buna imkan verməməsi vacibliyini vurğulayıblar.

Həzrət Ayətullahulüzma Xamenei buyurublar: "İran İslam İnqilabı İmam Xomeyninin (r.ə) təşəbbüsü və şücaəti ilə əziz peyğəmbərin besət xəttini canlandırdı və bu səbəbdən dünyanın şər qüvvələrinin davamlı düşmınçiliyinə tuş gəldi və düzgün yolda davamlılıq bu düşmənçilikləri nakam qoyacaq".

Dünya zalımlarının İran İslam Respublikası ilə düşmənçiliyinə toxunan Ali Məqamlı Rəhbər vurğulayıblar: "Günümüzdə də imperialistlərin təbliğatında siyasi islam kimi təqdim edilən İslam Quruluş bütün hücumların və fitnələrin hədəfindədir, niyə ki, ilahi hökumranlığı reallaşdırmaq üçün hökumət təşkil edib və İranın böyük xalqına islami və dini kimlik bəxş edib".

Həzrət Ayətullahulüzma Xamenei, İslam İnqilabının əziz peyğəmbərin (s.ə.s) besətini rəhbər tutaraq, zülmə, diktaturaya və imperializmə qarşı olduğunu və məzlumları himayə etdiyini vurğulayaraq, əlavə ediblər: "İslam Quruluşu formalaşdıqdan sonra peyğəmbərlərin başına gələn hadisələr və şərait baş verdi və dünya imperializmi və şər qüvvələri İran xalqının qarşısında sıraya düzüldü".

İslam İnqilabının Böyük Rəhbəri İmperialist cəbhəsinin yalanlarına və təhriflərinə toxunaraq, buyurublar: Onlar təbliğatlarında İslam Respublikasının bütün dünya ilə müharibə aparmaq istədiyini iddia edirdilrə, hal bu ki, İslam Quruluşu Quranın təlimatına əsasən, təkcə İran xalqı ilə düşmən olanlar qarşısında dayanır və istənilən irq və məzhəbdən olan digər millətlər və ölkələrlə dostluq əlaqələrinə malikdir".

Həzrət Ayətullahulüzma Xamenei həqiqətləri tam tərsinə çevirməyin düşmənin yumşaq müharibədəki başqa bir taktikası olduğunu bildirib və onların açıq yalan nümunələrinə işarə ilə əlavə ediblər: "Yəmənin məzlum xalqı altı ildir ki, ABŞ-ın yaşıl işığı ilə səudların qəddar və zalım hökuməti tərəfindən bombardmana, iqtisadi blokadaya, qida və dərman preparatlarınin sanksiyasına məruz qalıb və beynəlxalq təşkilatların və Qərbin iddiaçı dövlətlərinin heç birinin etiraz səsi yüksəlmir".

Ali Məqamlı Rəhbər vurğulayıblar: "Hazırdakı Yəmənin istedadlı xalqı bəzi müdafiə vasitələri istehsal və ya təmin edərək, düşmənin hücumlarına cavab verir, hətta BMT tərəfindən belə etiraz və məzəmmət səsi ucalıbdır ki, bunu özü ABŞ-ın hərəkətindən daha iyrəncdir".

İslam İnqilabının Böyük Rəhbəri, "Ən böyük nüvə cəbbəxanasına sahib olmaq və 220 min nəfəri bir anda qırğın etmək, eyni zamnda kütləvi qırğın silahlarına qarşı olmağı iddia etməyi", "müxalifətini mişarla doğram-doğram edən Səudiyyə hökumətini himayə etmək və eyni zamanda İnsan haqlarını müdafiə etməyi iddia etməyi" "İŞİD kimi terror qruplarını yaratmaq və dəstəkləmək, onlara pul və müasir media təchizatları vermək, onlar tərəfindən Suriya neftinin satışına imkan yaratmaq və eyni zamanda terrorizmə qarşı mübarizə aparmağı iddia etməyi" ABŞ hökumətinin həqiqətləri əksinə çevirməyinin digər bariz nümunələri olduğunu bildirib.

Həzrət Ayətullahuüzma Xamenei amerikalıların İranın regional iştirakına qarşı kin-küdurətinə işarə edərək, xatırladıblar: "İslam Respublikası, istər Suriya və İraq, istərsə də bölgənin hər bir yerinə daxil olubdusa, o ölkənin qanuni hökumətini müdafiə etmək üçün və o dövlətin müraciəti əsasında, tam razılığı ilə və məsləhətçi qismində daxil olub. Hal bu ki, amerikalilar İraq və Suriyaya zalımcasına daxil olub və orada hərbi baza yaradıblar.

İslam İnqilabının Böyük Rəhbəri, ABŞ-ın İraqı boşaltmalı olduğunu vurğulayıb, niyə ki, bu İraq xalqının qanuni istəyidir. Eyni zamanda amerikalıların Suriyadan da çıxmalı olduqlarını söyləyiblər.

Ad:
E-poçt:
* Comment:
* captcha: