IQNA

20:51 - March 22, 2021
Xəbər sayı: 3489493
Nəfsin islahının mərtəbələri vardır. Bəziləri vacib və bəziləri müstəhəbdir. Ancaq həyati mövzulardır ki, İslam elmi ona böyük əhəmiyyət verir. Əgər nəfsin islahı olmazsa, əsil etiqad aradan gedər.

Əxlaq elmi pisi yaxşıdan və fəziləti rəzilətdən ayırdığı üçün böyük əhəmiyyətə malikdir. Müqəddəs Quran buyurur ki, Peyğəmbər (s) nəfsləri islah etmək üçün məbus olmuşdur.

Nəfsin islahının mərtəbələri vardır. Bəziləri vacib və bəziləri müstəhəbdir. Ancaq həyati mövzulardır ki, İslam elmi ona böyük əhəmiyyət verir. Əgər nəfsin islahı olmazsa, əsil etiqad aradan gedər.

Həzrət Peyğəmbər (s) buyurur: “Məbus olmuşam ki, məkarim əxlaqı tamamlayım. Sizə lazımdır ki, məkarim əxlaqa əməl edəsiniz. Həqiqətən, Allah Təala məni məkarim əxlaq üçün məbus etmişdir”.

Allah Təala hər bir xeyirin mənbəyidir. Ona yaxınlaşmaq nəfsin islahı ilə mümkündür. Həzrət Peyğəmbər (s) buyurur: “Sübhan Allah əxlaqın fəzilətlərini Özü ilə bəndələri arasında rabitə vasitəsi qərar vermişdir. Bu, kifayətdir ki, sizlərdən hər biriniz əxlaqı əldə edəsiniz, onu Allaha aid edəsiniz”.

İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! Ailənə əmr et ki, gündüzləri bəyənilmiş sifətləri əldə etmək ardınca olsunlar”.

İmam Sadiq (ə) buyurur: “Allah Təala Öz rəsullarını məkarim əxlaqa bürümüşdür, ona görə də siz də özünüzü imtahan edin və peyğəmbərlərlə (ə) müqayisə edin. Əgər özünüzdə bəyənilmiş sifət tapsanız, Allah Təalaya şükür edin. Bilin ki, sizin üçün bəyənilmişdir.

Əks halda Allahdan tövfiq istəyin və özünüzdən meyil və rəğbət göstərin ki, məkarim əxlaqa çatasınız”. (Həvzəh)

Deyerler.org

Teqlər: İslam ، Müsəlman ، Quran ، hədis
Ad:
E-poçt:
* Comment:
* captcha: