IQNA

9:24 - April 10, 2021
Xəbər sayı: 3489591
Ali Xəlifə rejiminin həbsxanasında həbsdə olan bəhreynli fəal Abbas Malullahın şəhid olmasından sonra, ölkənin “Cou” həbsxanasında saxlanılan siyasi və vicdan məhbusları aclıq aksiyasına başlayıblar.

Ali Xəlifə rejiminin həbsxanasında həbsdə olan bəhreynli fəal Əhli-Beyt (ə) ardıcılı Abbas Malullahın şəhid olmasından sonra, ölkənin “Cou” həbsxanasında saxlanılan siyasi və vicdan məhbusları aclıq aksiyasına başlayıblar.

Abbas Malullah ağır yaralanma, tibbi yardım çatışmazlığı, bəhreynli məhbusların saxlanıldığı pis şərait və həbsxana rəhbərliyinin səhlənkarlığı səbəbindən çərşənbə axşamı həyatını itirib.

Alınan məlumata görə, Cou Mərkəzi Həbsxanasının 13 və 14-cü korpuslarındakı məhbuslar da aclıq aksiyasına başlayıblar və dünən (7 aprel) günortadan sonra aksiyaya başlayan 12-ci korpusdakı məhbuslara qoşulublar.

Bu arada, Bəhreyndə nümayişlər bir həftədir fasiləsiz olaraq, davam etdirilir. Etirazçılar koronavirusun geniş yayılması səbəbi ilə məhbusları ən qısa müddətdə azadlığa buraxmağa dəvət ediblər. Nümayişçilər Ali Xəlifə rejimini məhbusların həyatını təhlükəyə atmaqda günahlandıran plakatlar daşıyıblar.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: