IQNA

13:12 - April 11, 2021
Xəbər sayı: 3489599
Bu həftə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) himayəsi altında virtual olaraq Gənc Müsəlman Xanımların Sammiti baş tutub. Onlayn tədbirdə gənc müsəlman xanım alimlərin xidmətləri qeyd edilib.

B u həftə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) himayəsi altında virtual olaraq Gənc Müsəlman Xanımların Sammiti baş tutub.

Onlayn tədbirdə gənc müsəlman xanım alimlərin xidmətləri qeyd edilib.

Builki sammitin mövzusu “Qadınlar – 21-ci əsrin sürətlə artan gücü” adlandırılıb.

Onlayn tədbirin iştirakçıları qarşısında İƏT-in sosial və ailə məsələləri üzrə direktoru Maha Aqil çıxış edib.

Onun sözlərinə görə, məsələn, Səudiyyə Ərəbistanında son 10 ildə elmi və texniki sahələrdə təhsil alan qadınları sayı artmaqdadır.

Maha Aqil deyib ki, müasir dünyada qadınların elmdəki rolunu qeyd etməmək mümkün deyil.

“Son araşdırmaların məlumatlarına görə, elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsindəki aspirantların 41%-i qadınlardır”, – deyə o əlavə edib.

Ad:
E-poçt:
* Comment:
* captcha: