IQNA

0:44 - April 13, 2021
Xəbər sayı: 3489611
Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin  müxtəlif bölgələrində müxtəlif axtarış qrupları Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib.
Bu il aprel ayının 14-ü mübarək Ramazan ayının ilk günüdür. 
 
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, bu barədə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanası  məlumat verib. 
“Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin  müxtəlif bölgələrində müxtəlif axtarış qrupları  mübarək Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib. Bu səbəbdən təqvimə əsasən çərşənbə axşamı (aprel ayının 13-ü) Şəban ayının 30-cu günüdür və çərşənbə günü (aprel ayının 14-ü)  Ramazan ayıının ilk günüdür.”
 
Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər.
Teqlər: Şəban ، Ramazan
Ad:
E-poçt:
* Comment:
* captcha: