IQNA

11:42 - May 18, 2021
Xəbər sayı: 3489848
Fələstin Səhiyyə Nazirliyi son 9 gün ərzində İsrail rejiminin Qəzzaya təcavüzü nəticəsində 218 nəfərin şəhid olduğunu və 5604 insanın yaralandığını açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyi son 9 gün ərzində İsrail rejiminin Qəzzaya təcavüzü nəticəsində 218 nəfərin şəhid olduğunu və 5604insanın yaralandığını açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  Qəzzada 61-u uşaq və 36-ı qadın olmaqla şəhid olanların sayının 218-ə, yaralıların sayının 5604-ə yüksəlib.
Səhiyyə Nazirliyinin sözçüsü  doktor Əşrəf Əl-Qidra bildirib ki, yaralılardan 400-ü uşaq və 270-si isə  qadındır.
O, Qəzzadakı xəstəxanalardakı yaralıların 50-dən çoxunun vəziyyətinin ağır olduğunu və 340-nın orta ağır olduğunu bldirib.
Onun sözlərinə görə, 400-dən çox insan bədəninin müxtəlif yerlərindən və 105 nəfər  isə başından yaralanıb. 
Əl-Cəzirə telekanalının məlumatına görə, işğalçı rejimin Qəzzaya hücumları nəticəsində 100-dən çox bina dağıdılıb. /iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: