IQNA

9:32 - May 30, 2021
Xəbər sayı: 3489943
İngiltərənin paytaxtı London şəhərində İran İslam İnqilabının banisi Həzrət Ayətullah-Üzma Seyid Ruhullah Xomeyninin vəfatının 32-ci il dönümü münasibəti ilə toplantı keçiriləcək.

İngiltərənin paytaxtı London şəhərində İran İslam İnqilabının banisi Həzrət Ayətullah-Üzma Seyid Ruhullah Xomeyninin vəfatının 32-ci il dönümü münasibəti ilə toplantı keçiriləcək.

Gələn həftənin Cümə Axşamı günü, 3 İyun 2021-ci il, yerli vaxtla saat 19:00-dan 21:00-dək keçiriləcək bu toplantıda xristian və müsəlman alimləri iştirak edəcək.

İngiltərənin İslam Mərkəzinin bu barədə verdiyi məlumata görə, "İmam Xomeyni; nümunəvi fəqih" adı ilə keçiriləcək bu bir günlük toplantıda İran, Almaniya və İngiltərədən qonaqlar olacaq.

Əyani və virtual keçiriləcək toplantıda İrandan Höccətul-İslam Seyid Haşim Musəvi (İngiltərə İslam Mərkəzinin rəisi), İngiltərəli xristian alim Məhəmməd Rizvan, Almaniya alim Hamid Algar və digər İngiltərəli alim xanım Bətul Sübeyti çıxış edəcəklər.

Bu toplantıda iştirak etmək istəyənlər aşağıdakı linkdən

https://ic-el.uk/events/a-seminar-on-the-32nd-anniversary-of-the-passing-away-of-imam-khomeinis-r-a/

istifadə etməklə qeydiyyatdan keçə bilərlər./iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: