IQNA

HİZBULLAH baş katibinin müavini:
7:30 - June 04, 2021
Xəbər sayı: 3489980
"İmam Xomeyni (r.ə) İslamı İranda, regionda və bütün dünyada diriltdi. Onun müdrikliyi sayəsində İslam dini öz həyatını bütün sahələrdə tam qüdrət və dinamikliyi ilə geri ala və davam edə bildi."

İyunun 3-də İran İslam İnqilabının banisi Həzrət Ayətullah Üzma İmam Seyyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə "İslam İnqilabı və İmam Xomeyni Araşdırmalar Mərkəzi", "İmam Xomeyninin əsərlərinin qorunması və nəşri müəssisəsi", İmam Xomeyninin Anım Mərasimi Keçirilməsi Komitəsi və Beynəlxalq Quran Xəbər Agentliyi tərəfindən "İmam Xomeyni və müasir dünya" seminarı  təşkil edilib.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini Ayətullah Şeyx Nəim Qasim bu seminarda çıxış edərək deyib:

İmam Xomeyni (r.ə) İslamı İranda, regionda və bütün dünyada diriltdi. Onun müdrikliyi sayəsində İslam dini öz həyatını bütün sahələrdə tam qüdrət və dinamikliyi ilə geri ala və davam edə bildi.

Onun başlatdığı inqilab bizə sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) İslam dinini yaydığı ilk günləri xatırlatdı.

Onun mücahid İran xalqı ilə birlikdə göstərdiyi fədakarlıqlar bizə və gələcək nəsilə fikri, siyasi, əxlaqi, elmi və cihadi ərsələrdə fövqəladə bir ülgü oldu.

Rəhmətlik İmamın (r.ə) düşüncələri və həyat tərzi və İslami görüşləri əziz dinimizi 20-ci əsrdə bir daha insanların həyat səhnəsinə daxil etdi və bu dinin İmam Zamanın (ə.f) zühurunadək davam etməsi üçün zəmin yaratdı.

İslam dini İmam Xomeyninin (r.ə) vasitəsi ilə dörd əsas mövzuda inkişaf etdi və özünü göstərdi:

1). İlahı şəriət əsasında həyatın bütün sahələrini, siyasi, iqtisadi, ictimai, mədəni və hərbi sahələrini ehtiva edən və idarə edə bilən İslam hakimiyyətinin qurulmasının mümkünlüyü.

2). Dünyada İslami oyanış yaratdı və sübut etdi ki, İslam dini müasir insanın bütün ehtiyaclarını təmin etmək və bütün suallarına cavab vermək gücündədir və müasir insanın həyat tərzini ən kamil şəkildə tənzimləyə bilər.

3). Allah-Taalanın İkmal ayəsində buyurduğu kimi İslam dini kamil bir dindir və İslam dini mətniq və dəlilə söykənən və bütün dinlər və sosialimz və kapitalizm kimi dünyəvi məktəblər ilə rəqabət edəcək və onları üstələyəcək bir məktəbdir.

4). İslam dini müqavimət dinidir və hər zaman insanların həyat tərzini yaxşıya doğru dəyişdirməyə və inkişaf etdirməyə qadir bir dindir və heç vaxt yerli adət-ənənələrin içində itib-batmır. İmperializmin təzyiqləri qarşısında sakit durmur və çalışır ki, dünyada yeni bir müadilə ortaya çıxarsın, bununla da müsəlmanların vətən, əqidə, mədəniyyət və müstəqilliyini qoruya bilsin. /iqna  

        

   

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: