IQNA

9:34 - June 27, 2021
Xəbər sayı: 3490155
İşğalda olan Qüds şəhərinin vaxtı ilə axşam saat 21:00-da keçirilən bu virtual toplantı Livanın Vahid Ümmət, İmam Rzanın (ə) hərəmi və Beynəlxalq Aşura Fondunun həmkarlığı ilə təşkil edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  ötən gecə, Şənbə, 26 İyun 2021-ci il, "İmam Rzanın (ə) məqam və mənzilətinin İslam dünyasında mədəni təsirləri" adlı beynəlxalq vebinar keçirilib.

İşğalda olan Qüds şəhərinin vaxtı ilə axşam saat 21:00-da keçirilən bu virtual toplantı Livanın Vahid Ümmət, İmam Rzanın (ə) hərəmi və Beynəlxalq Aşura Fondunun həmkarlığı ilə təşkil edilib.

Vebinarda İslam və Ərəb dünyasının tanınmış dini, elmi, mədəni, ədəbi, fikri, siyasi və ictimai şəxsiyyətləri, o cümlədn Ayətullah Şeyx Məhəmmədhəsən Əxtəri (Beynəlxalq Aşura Fondunun rəisi), Ayətullah Şeyx Möhsün Əraki (İranən Xübrəqan Məclisinin üzvü) və Seyid Fadi Seyyid (Vahid Ümmət Araşdırmalar Mərkəzinin rəisi) iştirak ediblər.

Bundan əlavə Zoom platforması üzərindən keçirilən vebinarda Şeyx Mahir Həmud (Ümumdünya Müqavimət Alimləri Birliyinin rəisi), Şeyx Xəlil Rizq (HİZBULLAH-ın xarici əlaqələr şöbəsinin məsulu), Şeyx Həsən əl-Misri (Əməl Hərəkatının siyasi ofisinin vitrse-prezidenti), Şeyx Tofiq Ələvəiyyə (İslami araşdırmaçı) və Səlman Əbdülhüseyn (Bəhreynli şair) çıxış ediblər. / iqna

نشست بین‌المللی «تابش تمدنی منزلت امام رضا(ع)» برگزار می‌شود

Ad:
E-poçt:
* Comment:
* captcha: