IQNA

TƏFSİR: Səff/9.

İslam dini bütün dinlərə üstünlük əldə edəcəkdir

20:07 - July 07, 2021
Xəbər sayı: 3490234
"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!"

"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!"

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَ دِينِ الْحَقِ ّلِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْكَرِهَ الْمُشْرِكُونَ

İslam dininin düşmənləri ilk gündən bu müqəddəs dinin məhv edilməsi üçün müxtəlif cür hiylə və məkrli planlara əl atdılar: istehza, tək-tək şəxslərin incildilməsi, sosial və iqtisadi sanksiyalar, hərbi müdaxilə, terrorizm, münafiqlər vasitəsi ilə müsəlmanların içində ixtilaf yaratmaq, xaç yürüşləri, Qüdsün işğalı, böyük müsəlmanlar ölkələrini çox sayda kiçik dövlətlərə parçalamaq, məzhəblərarası ixtilaf yaratmaq, irqçilik davası çıxarmaq, müsəlman cavanlar arasında fəsad və fəhşanı yaymaq, müxtəlif düzəltmə əqidələrlə yeni nəsil müsəlmanları azdırmaq, islamofobiya  və sair.

Amma bütün bunlara baxmayaraq Allah-Taalanın Quranın Səff surəsinin 9-cu ayəsində buyurduğu kimi İslam dini bütün dünyada öz mənəvi üstünlüyü qorumaqda və haqq din olaraq üstünlük qazanmaqda davam edir və İslam düşmənlərinin məkirli planları öz əleyhilərinə işləyir.

Zaman keçdikcə, elm və texnologiya inkişaf etdikcə və İslam dini öz parlaq üzünü zəhərli təbliğat buludlarını yararaq dünyaya göstərəcəkdir. Haqq yolunun üstündəki şeytani qüvvələrin qurduğu bütün maneələr darmadağın olacaqdır. Haqq dini bütün yer üzünü fəth edəcəkdir. Düşmənlərin bütün səyləri nəticəsiz qalacaqdır, çünki onların zamanın, tarixin və yaradılış qanununun əksinə getmək istəyirlər.

Qeyd edək ki, bu ayə həm də hədislərin də xəbər verdiyi bir müjdəni təsdiqləyir: İslam dininin bütün dünyaya hakimiyyət edəcək və yer üzünün sahibləri möminlər olacaqlar.

Hədislərdə rəvayət edilir ki, İslam Peyğəmbərinin (s) soyundan olan sonuncu məsum rəhbər Həzrət İmam Mehdinin (ə.f) zühuru ilə Quranın vədə verdiyi kimi İslam dininin cahanşümül hakimiyyəti reallaşacaqdır.

Allahın bu vədəsi tədricən reallığa çevirilməyə doğru gedir. İslam dini dünyada sürətlə yayılır. Dünyəvi ideologiyalar bəşəri xoşbət edə bilmədilər ki, heç, həm də gün keçdikcə daha da bədbəxtliyə sürükləyirlər. Bütün dünyada məzlumlar həqiqət və onlara nicat verəcək bir gücün axtarışındadırlar. Buna görə də İslam dini tam sürətlə Amerka, Avropa və Afrika ölkələrində inkişaf edir və dünyanın tanınmış alimləri və nüfuzlu şəxsiyyətləri müsəlmanların sırasına qoşulurlar.  

Əlbəttə rəvayətlərə əsasən İslam dininin inkişaf proqramı Həzrət İmam Mehdinin (ə.f) zühuru ilə kamilləşəcəkdir və Onun (ə.f) zühur etdiyi zaman yer üzündə Həzrət Məhəmmədin (s) peyğəmbərliyini etiraf etməyən bir kəs qalmayacaqdır. /iqna

 

 

Teqlər: islam ، imam mehdi ، zühur
Ad:
E-poçt:
* Comment:
* :