IQNA

Səudiyyə rejiminin Yəmənə 2300 günlük təcavüzünün ağır nəticəsi - HESABAT

12:36 - July 12, 2021
Xəbər sayı: 3490268
“Eynül-İnsaniyyə” Hüquq Mərkəzi Səudiyyə Ərəbistanın Yəmənə 6 ildən çoxdur ki, davam edən təcavüzü nəticsəində törətdiyi cinayətlərin və Yəmən infrastrukturunun yox edilməsinə dair hesabat dərc edib.
“Eynül-İnsaniyyə” Hüquq Mərkəzi Səudiyyə Ərəbistanın Yəmənə 6 ildən çoxdur ki, davam edən təcavüzü nəticsəində törətdiyi cinayətlərin və Yəmən infrastrukturunun yox edilməsinə dair hesabat dərc edib.
Hesabatda qeyd olunur ki, Səudiyyə Ərəbistan rejiminin 26 mart 2015-ci ildən Yəmənə təcavüzündən keçən 2300 gün ərzində 44 mindən çox sivil şəhid edilib və ya yaralanıb.  
Səudiyyə rejiminin hücumları nəticəsində aralarında çox sayda  uşaq  və  qadın olmaqla 17 min 170 yəmənlinin şəhid edildiyi qeyd olunub. 
Eyni zamanda hesabatda hücumlar nəticəsində aralarında çoxsayda uşaq və qadın olmaqla 26 min 715  yəmənlinin də yaralandığı açıqlanıb.
Səudiyyəlilərin Yəmən infrastrukturunu hədəf alan hücumlarına bağlı rəqəmlərin də qeyd olunduğu hesabatda Səudiyyə rejiminin hücumları nəticəsində 15 aerodromun, 16 limanın, 308 elektrik stansiyasının, 2 mindən çox  su anbarı və su xəttinin, 5 mindən çox yol  və körpünün yox edildiyi vurğulanıb.  
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir.
İllərdir davam edən müharibədə 17  mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. /maide.az
Teqlər: yəmən ، ənsar ، ərəbistan ، qərb
Ad:
E-poçt:
* Comment:
captcha