IQNA

Ali Məqamlı Rəhbər Suriyadakı fələstinli qaçqınlara təşəkkür etdi

11:27 - July 13, 2021
Xəbər sayı: 3490272
Həzrət Ayətullah Xamenei işğalçı rejimə qarşı 12 günlük müharibədə Fələstin xalqı və müqavimətinin qələbə əldə etməsi münasibətilə ona bir məktub göndərən fələstinli qaçqınlara təşəkkür edib.

Ali Məqamlı Rəhbər Həzrət Ayətullahul-üzma İmam Seyid Əli Xamenei cənabları sionist işğalçı rejiminə qarşı 12 günlük müharibədə Fələstin xalqı və müqavimətinin qələbə əldə etməsi münasibətilə ona təşəkkür məktub göndərən Suriyadakı fələstinli qaçqınları öz təşəkkür məktubu ilə cavablandırıb.

İran-Fələstin Dostluq Cəmiyyətinin sədri Məhəmməd Əl-Buheysiyə göndərilən məktubda aşağıdakılar qeyd edilib:

“Qüds Qılıncı əməliyyatı Müqavimət Cəbhəsinin yığılmış gücünün kiçik təzahürüdür.

Qürurlu Fələstin xalqı Əl-Əqsa məscidini və Qüds torpağını qəhrəmanlıqla müdafiə etdi. Bu dəfə Fələstinin bütün bölgələrindəki xalqların birləşməsi və bütün müqavimət qruplarının heyranedici koordinasiyası, qəsbkar və irqçi sionist rejim dövrünün bitdiyini və Fələstin torpaqlarının və müqəddəs Qüds şəhərinin azad edilməsinin vaxtının gəldiyini göstərdi". /iqna

 

Ad:
E-poçt:
* Comment:
* :