IQNA

HİZBULLAH iki sionist əsgərini necə əsir götürdüyü kadrları yayıb - Video

23:42 - July 13, 2021
Xəbər sayı: 3490278
Livan İslami Müqavimət Hərəkatı (HİZBULLAH) 2006-cı ildə sionist rejimi ilə apardığı 33 günlük müharibəsindən yeni video yayıb. Videoda 2 sionist hərbiçinin necə əsir götürüldüyü kameraya alınıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 15 il sonra Əl-Aləm Əl-Hərbi şəbəkəsi Livanın Hizbullah hərəkatı tərəfindən işğal olunmuş Fələstinlə sərhəddə sionist hərbiçiləri əsir götürdüyü əməliyyatın yeni görüntülərini yayımlayıb.

Şəbəkə Hizbullahın işğal altındakı Fələstinlə sərhəddə həyata keçirdiyi “Vəd Əs-Sadiq” əməliyyatının ildönümü günü bazar ertəsi (12 iyul) axşamı əməliyyatın yeni videosunu paylaşıb.

“Vəd Əs-Sadiq” əməliyyatı Hizbullah tərəfindən işğal olunmuş Fələstinlə sərhəddəki hərbi əməliyyatının adıdır. Hizbullah vədini yerinə yetirmək və sionist rejimin həbsxanalarında saxlanılan Livan əsirlərini azad etmək üçün bu əməliyyatı həyata keçirmişdi.

Əməliyyat 12 iyul 2006-cı il səhər 9-da baş tutmuşdu. Livanın cənubundakı Xaleh Varda bölgəsi yaxınlığında patrul çəkən altı-səkkiz sionist əsgərdən ibarət bir qrupun bomba partladılaraq, zirehli maşınlarının hərəkəti dayandırılmışdı.

Bir qrup müqavimət döyüşçüsü sionist rejimin patrulunun yolunda bomba partlatmış və bu əsgərlərin bir neçəsini öldürmüş, sonra sionist hərbçilərlə birbaşa toqquşma baş vermişdi.

Hizbullahın verdiyi məlumata görə, əməliyyat zamanı iki sionist əsgər əsir götürülmüşdü.

İsrail rejimi bu iki hərbiçini geri qaytarmaq üçün 2008-ci ilin İyul ayının 16-da 200 Livanlı əsiri geri vermişdi. Onlardan biri də sionistlərin əlində ən qədim əsir sayılan Səmir Qəntar idi. /iqna

 

 

Ad:
E-poçt:
* Comment:
* :