IQNA

13:43 - August 05, 2021
Xəbər sayı: 3490451

Seyid Həsən Nəsrullah: “Hizbullah vətəndaş müharibəsi tələsinə düşməyəcək”

Bu yaxınlarda Beyrutun cənubunda Livanın Hizbullah hərəkatının bir üzvünün dəfn mərasimində baş verən atışmadan sonra, Hizbullahın baş katibi hərəkatın vətəndaş müharibəsində tələyə düşməyəcəyini vurğulayıb.

Seyid Həsən Nəsrullah: “Hizbullah vətəndaş müharibəsi tələsinə düşməyəcək”

Bu yaxınlarda Beyrutun cənubunda Livanın Hizbullah hərəkatının bir üzvünün dəfn mərasimində baş verən atışmadan sonra, Hizbullahın baş katibi hərəkatın vətəndaş müharibəsində tələyə düşməyəcəyini vurğulayıb.

“Əl-Əxbar” qəzetinin məlumatına görə, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) müsibətini çatdıran məddahlar və zakirlərlə görüşündə bunları deyib: “Hizbullah vətəndaş müharibəsinə cəlb edilməyəcək və nə edəcəyimizi bilirik”.

Bu görüşdə Hizbullahın baş katibi düşmənlərin bu hərəkata qarşı çıxmaq üçün hazırda tətbiq etməyə çalışdıqları üç oxdan danışıb.

Seyid Həsən Nəsrullah bu üç oxdan ikisini belə sıralayıb: “Biricisi, Hizbullahın nüfuzunu məhv etmək və ikincisi, Hizbullahı vətəndaş müharibəsinə çəkmək”.

İkinci işlə əlaqədar olaraq, Hizbullah baş katibi bunları deyib: “Bu iş Əl-Həririnin (Livanın sabiq baş naziri) həbsdə olduğu vaxt başlayan məlumatlara əsaslanır. Məqsədi vətəndaş müharibəsini alovlandırmaq idi. Lakin Hizbullah da daxil olmaqla Livanın siyasi qruplarının mövqeyi Səudiyyə Ərəbistanını (Səud rejimi) təəccübləndirdi və mövqeyini dəyişməsinə səbəb oldu”.

Seyid Həsən Nəsrullah keçən şənbə günü hərəkatın üzvü Əli Şibli Əl-Cihin öldürülməsinə də toxunaraq, belə danışıb: “Ayaq altında tapdalanacaq qanımız yoxdur. Biz düşmənin istədiyi yerə getmirik, çünki Hizbullahın ortaya çıxması vətəndaş müharibəsinə getmək qərarını nəzərdə tuturdu. Bizimlə döyüşmək üçün silah gətirməyə çalışan insanlar var”.

Seyid Həsən Nəsrullah, üçüncü oxu isə iqtisadi müharibə adlandıraraq, belə deyib: “Bu mərmi savaşı deyil, səbirli və ciddi olmalıyıq”. /iqna

captcha