IQNA

18:23 - August 18, 2021
Xəbər sayı: 3490554
Adəm Məhəmməd Vulverhemptondan başlayan səfərdə 6437 km-lık yolu təkbaşına qət edəcək. O, müqəddəs şəhərə çatmaq üçün sərhədlər və dənizləri keçəcək.

Böyük Britaniyanın Midlends şəhərindən olan müsəlman kişi Həcc səfərinə yola düşüb.

Adəm Məhəmməd Vulverhemptondan başlayan səfərdə 6437 km-lık yolu təkbaşına qət edəcək. O, müqəddəs şəhərə çatmaq üçün sərhədlər və dənizləri keçəcək.

O, səfərboyu daşıyacağı arabanı isə xüsusi şəkildə düzəldib – 330 günlük səfərdə o, orada həm yata, həm də qidalana biləcək.

Adəm Məhəmməd hər gün yoldan canlı yayımlar açır. Onun “TikTok” səhifəsində artıq 400 mindən çox abunəçi və 2,8 milyondan çox “layk” var.

Bu qeyri-adi zəvvar üçün ianə toplanışı səhifəsi də açılıb və orada artıq 20 min funt sterlinqdən çox pul toplanıb.

“Onunla bir neçə saat danışdıqdan sonra belə bir nəticəyə gəldim ki, o, bütün bunları şan-şöhrət və ya pul üçün etmir. O, sadəcə olaraq dünyaya göstərmək istəyir ki, biz hamımız bərabərik və o, heç nə ilə kimdənsə yaxşı deyil”, – deyə ianə toplanışı səhifəsinin təşkilatçıları bildiriblər.

Qeyd edilib ki, bu, Adəm Məhəmməd üçün asan olmayan bir səfər olacaq, lakin o, buna hazırdır. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: