IQNA

11:49 - August 24, 2021
Xəbər sayı: 3490585
Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində bu ölkədə hər 10 dəqiqə ərzində bir uşaq aclıqdan və xəstəlikdən dünyasını dəyişir.
Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində bu ölkədə  hər 10 dəqiqə ərzində bir uşaq aclıqdan və xəstəlikdən dünyasını dəyişir.
Bunu  BMT-nin Uşaq Fondunun – YUNİSEF icraçı direktoru Henrietta For deyib. 
 
“Yəmənə təcavüz dünyada ən pis humanitar böhrana səbəb olub.  Ona görə ki,  aralarında 11.3 milyon uşaq olan 21 milyon nəfər yəmənlinin yardıma ehtiyacı var.  Onlardan 400 min nəfər uşaq pis qidalanma ilə üz-üzədir və  vaxtından əvvəl ölüm riski altındadırlar”.- deyə  H.For deyib.
 
Qeyd edək ki,   “Eynül-İnsaniyyə” insan haqları mərkəzi bir müddət əvvəl Səudiyyə Ərəbistanın  Yəmənə 2300 günlük təcavüzü nəticəsində dəymiş ziyan barədə hesabatını açıqlamışdı. 
 
Hesabata görə,  Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü  nəticəsində  17176 yəmənli şəhid olub. Onlardan 3842 nəfəri uşaq, 2400 nəfəri qadındır. Həmçinin bildirilir ki, Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində indiyədək  26715 yəmənli yaralanıb.  Onlardan 4225 nəfəri uşaq və 2832 nəfəri isə  qadındır. 
 
Səudiyyə rejiminin  Yəmənə 2300 günlük təcavüzü nəticəsində  396 zavod,  352 yanacaq tankeri, 11479 ticarət mərkəzi,  423 heyvandarlıq obyekti,  7945 nəqliyyat vasitəsi,  472 balıqçı gəmisi,  931 ərzaq anbarı,  397 yanacaq doldurma məntəqəsi və 685 bazar məhv edilib. 
 
Eləcə də bu müddət ərzində  575353 yaşayış evi,   179 universitet,  1446 məscid,  369 turizm obyekti , 391 xəstəxana,  1110 məktəb və təhsil müəssisəsi,  7733 əkin sahəsi,  135 idman kompleksi,  248 tarixi abidə və 49 mətbuat mərkəzi  dağıdılıb. /maide.az
Teqlər: Yəmən ، məscid ، aclıq ، uşaq ، unİcef ، YUNİSEF
Ad:
E-poçt:
* Comment:
* captcha: