IQNA

Məşhəddə Ərbəin mərasimində Azərbaycan şəhidləri anıldı

10:35 - September 28, 2021
Xəbər sayı: 3490837
Həzrət İmam Rzanın (ə) ƏRBƏİN mərasimi çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qorumaq və Qarabağın azadlığı uğurunda şəhid olanların anım mərasimi keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Məşhəd şəhərində, Həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi çərçivəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qorumaq və Qarabağın azadlığı uğurunda şəhid olanların anım mərasimi keçirilib.

Kərbəla şəhidləri və Azərbaycan şəhidləri adına xeymə qurulub, ehsan verilib, mərsiyələr oxunub.

Mərasim iştirakçıları şəhidlərin ruhuna dualar oxunub, qazilər üçün Allahdan sağlamlıq diləyiblər.

Mərasimdə Məşhəd şəhərində təhsil alan azərbaycanlı tələbələr və zəvvarlar iştirak ediblər.

Azərbaycanlı tələbələr iranlı və xarici zəvvarlara Azərbaycan və Qarabağa şəhidləri barədə məlumat veriblər.

Qeyd edək ki, İmam Rza (ə) hərəminin idarə heyətinin məsulları, Beynəlxalq Camiətul-Mustəfa (s) İslam Elmləri Akademiyasının Xorasan filalının rəisi və  digər dövlət rəsmiləri də mərasimdə iştirak ediblər.

Allahdan şəhidlərimizə rəhmət və qazilərimizə sağlamlıq diləyirik. /iqna

kod
 
 
kod
Teqlər: Ərbəin ، şəhid ، qazi ، məşhəd
captcha