IQNA

20:25 - October 09, 2021
Xəbər sayı: 3490930
Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanda şiələrin ibadət üçün getdiyi məsciddə terror aktı törədilməsinə münasibət bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstanda şiələrin ibadət üçün getdiyi məsciddə terror aktı törədilməsinə münasibət bildirib.  

Bu barədə nazirlik yazılı açıqlama yayıb.  

Yazılı açıqlamada vurğulanır, baş verən terror aktı dəhşətlidir və Türkiyə terrorun bütün növlərini lənətləyir.

Bundan əlavə qeyd olunub ki, Əfqanıstanda normal vəziyyətin yaranması üçün tərəflər ortaq hökumət qurmalıdır. 

Ad:
E-poçt:
* Comment:
* captcha: