IQNA

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

20:41 - October 11, 2021
1
Xəbər sayı: 3490946
İraqın Samirra şəhərindəki Əsgəreyn imamlarının müqəddəs ziyarətgahının Baş Katibliyi İmam Həsən Əsgərinin (ə) şəhadətinin anılması üçün ziyarət planının başladığını elan edib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) deyerler.org-a istinadla xəbər verir ki, ziyarət Komitəsinin sədri mühəndis Ləys Cassim verdiyi açıqlamaya görə, Baş Katibliyinin əziz zəvvarları qəbul etmək və onlara müsibətli şəhadətin anılmasının növbəti ildönümündə xidmət göstərmək planının başladığını elan edib. O, bildirib ki, plan bütün təhlükəsizlik və xidmət orqanlarının səfərbərliyi ilə icra olunur.

Cassim ziyarət planında Səhiyyə Nazirliyi tərəfindən nəzərdə tutulmuş sağlamlıq təlimatları və profilaktik tədbirlərə də ciddi riayət ediləcəyini qeyd edib.

Bu arada, Əsgəreyn imamlarının mütəhhər hərəmi rəbiyəl-əvvəl ayının 8-nə təsadüf edən İmam Həsən Əsgərinin (ə) müsibətli şəhadətini anmaq üçün matəm rəmzlərini müqəddəs ziyarətgahda yerləşdirilməsinə başladığını elan edib. Əsgəreyn (ə) İmamlarının hərəmində matəm hazırlığı işləri hüznü əks etdirən rəmzlərin asılması ilə başlayıb. Müqəddəs ziyarətgahın dəhlizlərinin hər tərəfi qaralara bürünüb.

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Samirra İmam Həsən Əsgərinin (ə) şəhadət gününü anmağa hazırlaşır

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Əhməd
0
0
Allah bizə ziyarətini qismət eləsin inşaəllah.
captcha