IQNA

18:50 - October 16, 2021
Xəbər sayı: 3490994
"Hizbullah" Əfqanıstanın Qəndəhar şəhərində məsciddə namaz qılan şiələrin İŞİD tərəfindən öldürülməsinə münasibət bildirib.

"Hizbullah" Əfqanıstanın Qəndəhar şəhərində məsciddə namaz qılan şiələrin İŞİD tərəfindən öldürülməsinə münasibət bildirib.  

"Hizbullah"ın yaydığı bəyanatda aşağıdakı ifadələr yer alıb:   "İŞİD cinayətinin davam etməsi, günahsız və müdafiəsiz insanları öldürmək, Allahın evlərini dağıtmaq və Allahın qullarının bədənlərini parçalamaq İslam ümmətinin bu azğın fikirlərə qarşı hərtərəfli və sürətlə hərəkət etməsini tələb edir.  

Əfqanıstandakı müsəlman hakimiyyəti də bu qatilləri mühakimə etmək və ehtiyat tədbirləri görərək yeni cinayətlərin qarşısını almaq üçün onları ədalətli şəkildə cəzalandırmağa dair xüsusi məsuliyyət daşıyır".

"Hizbullah" Əfqanıstan hökumətini ibadət edənlər üçün lazımi təhlükəsizliyi təmin etməyə almağa çağırıb və deyib:   "Allahın evlərinin və məzlum bəndələrinin Amerikanın bu ölkəni uzun müddət işğal etdikdən sonra, dağılmaqdan başqa heç bir nəticə vermədiyi məğlubiyyətinin qisasını almaq üçün Amerika istehsalı olan canavarlar tərəfindən asanlıqla hədəf alınmasına icazə verilməməlidir".  

Bəyannamənin sonunda "Hizbullah" günahsız insanların qanının tökülməsindən kədərləndiyini bildirib və həlak olanlara Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyərək, Əfqanıstanın mömin xalqının bütün pisliklərdən qorunması üçün dua edib. /eastnews

Teqlər: hizbullah ، işid ، qəndəhar
Ad:
E-poçt:
* Comment:
* captcha: