IQNA

7:31 - October 21, 2021
Xəbər sayı: 3491032
İsrail rejimi Şərqi Qüdsün içəri şəhəri ətrafında əziz peyğəmbərimiz Muhəmməd Mustafanın (s) mövlud şənliklərinə qatılan fələstinlilərə müdaxiləsi nəticəsində 17 nəfər yaralanıb.

İsrail rejiminin polisinin işğal altında olan Şərqi Qüdsün içəri şəhəri ətrafında əziz peyğəmbərimiz Muhəmməd Mustafanın (s) mövlud şənliklərinə qatılan fələstinlilərə müdaxiləsi nəticəsində 17 nəfər yaralanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı bəyanatda, İsrail rejiminin polisinin içəri şəhər ətrafında təşkil edilən mövlud şənliklərinə qatılan fələstinlilərə qarşı rezin güllə və səs qumbaraları ilə müdaxilə etdiyi qeyd edilib.

Günortadan sonra başlayan və axşam saatlarına qədər davam edən hadisələrdə 17 fələstinlinin yaralandığı, 10-nun xəstəxanaya aparıldığı, 7-nin isə hadisə yerində müalicə edildiyi qeyd edilib.

Sionist rejimin polisi Şam qapısı başda olmaqla içəri şəhərin bütün ərazisində fələstinlilərə müdaxilə etmiş və fələstinli gənclərə qarşı təzyiqli çirkab sularından da istifadə etmişdi.

Atlı polislər də içəri şəhər ətrafında fələstinli gəncləri təqib etmişdilər.

Digər tərəfdən, hüquq müdafiəçisi vəkil Nasir Əl-Avdə Anadolu agentliyinə bildirib ki, sionist rejimin polisi Şam qapısı ətrafında baş verən hadisələr zamanı 13-15 yaşları arası 15 fələstinli uşağı da həbs edib. /AA

Ad:
E-poçt:
* Comment:
* captcha: