"İQNA", "Əxbar Əl-yəvm"-ə istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyinin rəsmi sözçüsü Abdullah Həsən, nazirliyin Qurani-Kərimin tərcüməsinə önəm verdiyini vurğulayaraq deyib: ""Qurani-Kərimin məfhumlarının seçilmiş təfsiri" kitabının ingilis və fransız dillərinə tərcümələri işıq üzü görüb. Yunanca tərcüməsi də nəşr olunmaq üzrədir.
O, bildirib ki, bu kitabın ivrit dilində nəşri üçün mütəxəssislər və tərcüməçilər də cəlb olunub. Bu, İbranicə tərcümələrdə Quranın mənalarının təhrif edilməməsi üçün tərcümə olunacaq.
Həsən vurğulayıb ki, bu Nazirlik, Qurani-Kərimin ivrit dilinə tərcüməsinin təhrif olunmuş variantı ilə hələ rastlaşmayıb. Lakin bəzən bəzi şərqşünaslar Qurani-Kərimin ivrit dilinə səhv tərcümələrini dərc edirlər. Buna görə də, Misir Vəqflər Nazirliyi, bu fenomenlə məşğul olmaqda qərarlıdır.