IQNA

Banqladeş Bankı İslam bankçılıq sisteminə qoşulub

18:44 - December 06, 2021
Xəbər sayı: 3491322
Banqladeşin ən qədim banklarından biri olan Sitibank, bütün filiallarında müştərilərinə İslam bankçılığı xidmətləri təklif edir.

"İQNA", "The Daily Star"-a istinadən xəbər verir ki, şəriətə uyğun olan məhsullara tələbi artıb. Bu səbəbdən də, Banqladeşin ən qədim banklarından biri olan Sitibank, bütün filiallarında müştərilərinə İslam bankçılığı xidmətləri təklif edir.

Banqladeş Mərkəzi Bankının məlumatına görə, Banqladeşdə fəaliyyət göstərən 60 bankdan 10 bank İslam qanunlarına uyğun olaraq kreditor kimi fəaliyyət göstərir. Daha 23 bank, o cümlədən iki xarici bank İslam bankçılığı xidmətləri təklif edir.

Sitibank 2003-cü ildə Dəkkədəki filialı vasitəsilə İslam şəriətinə əsaslanan bankçılıq xidmətlərinə başlamış və 2011-ci ildə müştərilərin xoş qarşılaması səbəbindən digər filiallarda da İslam şəriətinə əsaslanan bank xidmətlərini təklif etmişdir.

4018588

Ad:
E-poçt:
* Comment:
captcha