"İQNA", "Rusya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib vurğulayıb ki, Əl-Əzhər ekstremizmə qarşı mübarizə, zorakılığı bir kənara qoymaq və terrorçu qrupların terror aktlarında güvəndiyi ekstremist ideyaları rədd etmək üçün böyük səylər göstərir.
O, Fransanın Misirdəki səfiri Mark Barritti ilə görüşərək, Əl-Əzhərin ekstremizmə qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd edib: "Şərqlə Qərb arasında dialoqun davam etdirilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və hər iki tərəfin ekstremist qruplarının imkanlarından məhrum edilməsi üçün vacibdir. Çünki bu qruplar öz dağıdıcı məqsədlərinə çatmaq üçün Şərqlə Qərb arasında uçurum yaratmaq istəyirlər."
Əl-Əzhərin Şeyxi, zəif siyasi və seçki nailiyyətlərinə görə Avropada islamafobiya və İslama qarşı təhqiramiz hücumların artmasından narahatlığını ifadə edərək deyib: "Bu, açıq şəkildə nifrəti gücləndirəcək, Fransa və Avropada irqçilik və ayrı-seçkiliyin səviyyəsini artıracaq."
Digər tərəfdən, Fransa səfiri Əl-Əzhərin səylərini və İslam dünyasındakı yerini yüksək qiymətləndirərək deyib: "Əl-Əzhər son illərdə Fransaya qarşı törədilən terror aktlarını pisləyib. Əl-Əzhərin Şeyxi də, həmişə bu cür terror aktlarına qarşı olduğunu bəyan edib."