IQNA

Misir Beynəlxalq Quran Müsabiqəsinin iştirakçılarının ilk qrupu Qahirəyə gəlib

16:40 - December 09, 2021
Xəbər sayı: 3491343
Misirdə keçirilən 28-ci Beynəlxalq Quran Müsabiqəsinin ilk iştirakçıları ötən gecə, dekabrın 8-də Qahirəyə gəlib və oteldə məskunlaşıblar.

"İQNA", "Sədyül-Bələd"-ə istinadən xəbər verir ki, Misirdə keçirilən 28-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edən xarici yarışmacıların ilk qrupu ötən gecə müxtəlif ərəb və İslam ölkələrindən Qahirəyə gəlib. Onlar dekabrın 11-də şənbə günü başlayacaq yarışmada iştirak etmək üçün Qahirədə otelə yerləşdiriliblər.

Əcnəbi iştirakçılar arasında Hindistandan Məhəmməd Tariq əl-Ansari, Minhaj Əhməd və qazaxıstanlı Nəzər Sultan Bai də var.

Misirdə 28-ci Beynəlxalq Qurani-Kərim Yarışmasının 2021-ci il dekabrın 11-dən 15-dək keçirilməsi planlaşdırılır.

Ad:
E-poçt:
* Comment:
captcha