IQNA

Türkiyənin Rizə vilayətində yüzlərlə Quran hafizi məzun olub

11:45 - December 12, 2021
Xəbər sayı: 3491357
Dekabrın 10-da, cümə günü Türkiyənin Rizə vilayətində yüzlərlə Qurani-Kərim hafizinin buraxılış mərasimi keçirilib.

"İQNA", Türkiyə Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu mərasim, Türkiyənin Darul-İftasının nəzarəti altında Rizə vilayətindəki qapalı stadionlardan birində keçirilib. Bu mərasimdə Onlarla müəllim və məzunların ailələri iştirak edib.

Bu proqramda 149-u qadın olmaqla 571 Quran öyrənən məzun olub və Quranı bütünlüklə əzbərləyib.

Mərasimdə çıxış edən Türkiyə Diyanət İşləri Təşkilatının sədr müavini İbrahim Helmi Qarslı deyib: "Ərəb dilinin tədrisinin gücləndirilməsində Qurani-Kərim hafizlərinin böyük xidmətləri var. Həmçinin Qurana xidmət insanlığa, sülhə və mənəviyyata xidmətdir."

O, sonda vəhyin məfhumlarına əməl etməklə Quranı əzbərləmənin birlikdə olmasının əhəmiyyətini vurğulayıb.

4020105

Ad:
E-poçt:
* Comment:
captcha