IQNA

"Quran Spirit" və Ərəb olmayanlara İslam maarifini yaymaq üçün səylər

18:05 - December 25, 2021
Xəbər sayı: 3491444
"Quran Spirit" platforması, həmişə İslamın müxtəlif ölkələrdə, xüsusən də Qərb ölkələrində ərəbcə danışa bilməyən üçüncü nəsil mühacir müsəlmanlar arasında missiyasının yayılmasına kömək etmək üçün yollar axtarır.

"İQNA", xəbər verir ki, dinin əsaslarını öyrənmək, dini əmr və ibadətləri yerinə yetirmək hər hansı bir dinə inanan insanların etməli olduğu ən bariz işlərdən biridir. Bununla belə, bəzi insanlar dini kitablar və din xadimləri kimi dini mənbələrə əlləri çatmadığı üçün dini həyatlarında çətinliklərlə üzləşirlər.

Qeyri-müsəlman ölkələrdə yaşayan müsəlmanların, xüsusən də bu ölkələrdə doğulan yeni nəslin dini kitablara, Quranın öyrədilməsinə, dini məsələlərlə bağlı suallarını cavablandıra bilən insanlara daha çox ehtiyacı var.

Bu səbəbdən də bütün bu ehtiyacları qarşılamağa çalışan müsəlmanlar tərəfindən müxtəlif İslam və qeyri-islam ölkələrində startaplar və internet saytları açılıb.

İslami məsələləri insanlara öyrətmək sahəsində bir çox saytlar var. Amma onlardan bir neçəsi fərdlərin bütün ehtiyaclarını təmin edə bilir. Eyni zamanda öz aktivliyini və etibarını illər ərzində qoruyub saxlaya bilir.

"Quran Spirit", fəaliyyətinin onuncu ilinə qədəm qoyan bu platformalardan biridir. O, hələ də bir çox Quran öyrənmək istəyən şəxslərin diqqət mərkəzindədir.

"Quran Spirit", 2011-ci ildə Misirdə təsis edilmişdir. Bütün dünyada ərəb olmayanlara Quran, ərəb və islamşünaslıq öyrənməyə kömək etmək üçün xüsusi onlayn platforma kimi illər ərzində böyük uğur qazanmışdır. Onun xidmətləri yerli ərəb kişi və qadın müəllimlər tərəfindən özəl onlayn dərslər vasitəsilə təqdim edilir.

4020850

Ad:
E-poçt:
* Comment:
captcha