IQNA

Bir qrup hindli hüquqşünas hindu ekstremistlərinə qarşı tədbir görülməsini istəyib

16:21 - December 29, 2021
Xəbər sayı: 3491468
Hindistanlı bir qrup yüksək vəzifəli hüquqşünas Narendra Modinin millətçi hökumətini açıq şəkildə müsəlmanların soyqırımına çağıran hindu ekstremistlərinə qarşı tədbir görməyə çağırıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Vəkillər Hindistanın baş hakiminə göndərdikləri məktubda ekstremist hinduların müsəlmanlara qarşı zorakılıq və nifrəti qızışdırdıqlarına görə təqib edilməsini istəyiblər.

 Hindu ekstremistləri dekabrda paytaxt və Uttarxandda keçirilən iki mitinqdə Hindistan müsəlmanlara qarşı soyqırım edilməsini istəmişdilər.

Vəkillər məktubda qeyd ediblər ki, bu mitinqlər və atılan addımlar müsəlmanların məhvinə açıq-aşkar dəvət və Hindistanın birliyi və bütövlüyü üçün böyük təhlükədir.

Bu məktub, müxalifət partiyalarının üzvlərinin Hindistanın baş naziri Narendra Modinin hindu ekstremistlərinin müsəlmanları məhv etməyə çağırışına susmasına etiraz etdikdən sonra yazılıb.

4024365

Ad:
E-poçt:
* Comment:
captcha