IQNA

Pakistanda Pəncab məktəbləri üçün 70,000 Quran müəllimi işə götürülüb

15:26 - December 31, 2021
Xəbər sayı: 3491473
Pəncab Hökumətinin Təhsil İdarəsi elan edib ki, birinci və beşinci siniflərdə dərs vermək üçün yetmiş min Quran müəllimi işə götürdü.

"İQNA", "Friday Times"-a istinadən xəbər verir ki, 70 min yeni ərəb dili müəllimi Pəncab əyalətindəki məktəblərdə 1-5-ci siniflərə Quran dərsi vermək üçün işə götürülüb.

Pəncab Hökumətinin Təhsil idarəsi (SED) tərəfindən təqdim edilən bu təklif Pəncabın baş naziri Osman Buzdar tərəfindən təsdiqlənib.

Qurani-Kərimin və İslam dərslərinin tədrisi 2021-ci ilin avqustunda Pakistanın Baş naziri İmran Xan hökuməti tərəfindən təsdiqlənib və ölkə daxilində həyata keçirilir. Lahor Ali Məhkəməsi də Pəncabda Quranın məcburi tədrisini təsdiqləyib.

4024565

Ad:
E-poçt:
* Comment:
captcha