IQNA

Fransanın daxili işlər naziri İslam əleyhinə hücumların gücləndiyini etiraf edib

9:54 - January 02, 2022
Xəbər sayı: 3491493
Fransanın daxili işlər naziri ölkəsində anti-İslam hücumlarının artdığını etiraf edib və müsəlmanları himayə etməyə çağırıb.

"İQNA", "Nun Press"-ə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Cerald Darmanin ölkəsində misli görünməmiş anti-İslam və nifrət dolu davranışları pisləyib. O, bunu Fransa Respublikasının dəyərlərinə zidd adlandırıb.

Fransanın cənub-şərqindəki İzar bölgəsindəki Lamoureux kəndindəki məscidə hücum edilmişdi. Fransanın Şato-Quenti şəhərinin küçələrində müsəlmanlara qarşı rəsm çəkilmiş və yazılar yazılmışdı. Bütün bunlardan sonra Fransa Daxili İşlər Naziri Twitter hesabından müsəlmanlara dəstək olduğunu bildirib.

4025059

captcha