IQNA

11:27 - January 17, 2022
Xəbər sayı: 3491577
Roma Ortodoks Kilsəsinin arxiyepiskopu da Beyt-Səfəfada Qızıl Qübbə məscidinin sökülməsini pisləyib və sionistlərin Məscidül-Əqsa və İbrahimi hərəminə hücumundan ikrah duyduğunu bildirib.

"İQNA", "Dünya Əl-Vətən"-ə istinadən xəbər verir ki, Yepiskop Ataullah Həna vurğulayıb ki, biz sionistlərin Əl-İssəviyyə məscidini və Beyt Səfafadakı Qızıl Qübbə məscidini dağıdmaqla təhdid etməsini qətiyyətlə pisləyirik.

O, deyib ki, fələstinli xristianlar olaraq, bizə və həmvətənlərimizə edilən zülmü qəbul edə bilmərik. Biz bu torpaqda bir ailəyik, çətinlikdə də, rahatlıqda da bir yerdə yaşayırıq.

Xristian yepiskopu vurğulayıb ki, məscidlər hədəf alındığı kimi, xristianların ibadət yerləri də hədəfdədir.

4029029

Ad:
E-poçt:
* Comment:
* captcha: