IQNA

9:25 - January 18, 2022
Xəbər sayı: 3491584
Türkiyədəki yardım təşkilatı 2021-ci ildə Afrikanın 7 ölkəsindəki Quranı hifz edən tələbələrə təxminən 21 min nüsxə Qurani-Kərim bağışladığını açıqlayıb.

"İQNA", "Türkiyə" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Humanitar Yardım Təşkilatı (İHH) məlumat yayıb ki, dünyada bir çox müsəlman uşaq və gənc Qurani-Kərimi ənənəvi lövhələrdən istifadə edərək əzbərləyirlər. Çünki onların çap olunmuş nüsxəsi yoxdur.

Bu təşkilat ötən il Qvineya və Malidəki tələbələrə 13500 çap edilmiş Quran nüsxəsinin paylandığını açıqlayıb. Həmçinin bildirib ki, Çad ölkəsinin tələbələrinə 1900 nüsxə, Qanada 2000 nüsxə, Niger və Sudanda 2000 nüsxə və Sierra Leonedə 600 nüsxə paylamışdır.

Təşkilat əlavə edib ki, bu günə kimi müxtəlif ölkələrdə ehtiyacı olan insanlara 263 min cild Qurani-Kərim paylayıb.

4029183

 

Ad:
E-poçt:
* Comment:
* captcha: